Hər Uşaq - 1 Çiçəkdir

Sosial məsuliyyət

(May 2014)

10 may 2014-cü il tarixində “ASAN Könüllüləri” gənclər təşkilatı 10 May Gül Bayramı gününü həyatımızın çiçəkləri olan uşaqlara həsr edərək “Hər uşaq - 1 çiçəkdir” adlı layihəsini həyata keçirmişdir. Gün ərzində ASAN Könüllüləri “Ümid yeri” uşaq sığınacağının sakinləri ilə birlikdə vaxt keçirərək onlara diqqət və qayğı göstərmiş, bununla da sosial məsuliyyətliliyin əhəmiyyətini cəmiyyətimizə bir daha çatdırmaqla bu mövzunu gənclər arasında təbliğ etmişdir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36