"Ölkəm Mənİm" MÜSABİQƏSİ

Vətənpərvərlik

(May 2014)

28 May 2014-cü il tarixində Respublika gününə həsr olunmuş “Ölkəm Mənim”  fotomüsabiqəsinin final mərhələsi  keçirilmişdir.

Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi və "ASAN Könüllüləri" gənclər təşkilatının təşkilatçılığı ilə keçirimiş müsabiqəyə 100-dən çox foto göndərilmişdir.

Final mərhələsi üçün 30 foto seçilərək Facebook sosial şəbəkəsində səsverməyə buraxılmış, nəticədə “ASAN Könüllüləri” gənclər təşkilatı İctimai Birliyinin rəsmi səhifəsinin istifadəçiləri tərəfindən ən çox səs toplamış 12 foto münsiflər heyətinə təqdim olunmuşdur.

Münsiflər heyəti tərəfindən müəyyənləşdirilən qaliblər sertifikatlar və müxtəlif hədiyyələrlə təltif olunmuşlar . İlk üç yeri Mirzamin Talıblı, Heydər Cəfərli və Nicat İbrahimlinin bölüşdüyü müsabiqənin münsiflər heyətində Bəhram Bağırzadə (aktyor), Kənan Məcidov(fotoqraf), Aysel Əlizadə (müğənni), Azad Şabanov (müğənni), Ayan (müğənni), Fariz Cəfərov (Dövlət Agentliyi İdeya Bankı üzrə müvəkkil) və Fərid Sadıxlı (AKGT sədri) iştirak etmişdir.

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36