28 May AKSİYASI

Vətənpərvərlik

"ASAN Könüllüləri” gənclər təşkilatı 28 May Respublika Gününə həsr olunmuş marifləndirici aksiya keçirib.

Aksiya zamanı təşkilat tərəfindən üzərində Azərbaycan Demokratik Respublikasının yaranış tarixçəsi və günümüzə qədər keçilən mübarizə yolu ilə bağlı maarifləndirici mətn yazılmış bukletlər və xüsusi Azərbaycan lenti paylanılıb.

Aksiya Bakı, Sumqayıt və Gəncə şəhərlərinin mərkəzi küçələrini əhatə edib. Yürüşün məqsədi vətəndaşların diqqətini bu əlamətdar günün əhəmiyyətinə cəlb etmək idi. Tədbirə 100-dən çox könüllüdən əlavə olaraq, onlarla vətəndaşda qoşulub.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36