"Qarabağ" PEYNTBOL TURNİRİ

Sağlam ruh

(İyun 2014)

25 iyun 2014-cü il tarixində ASAN Könüllüləri arasında Silahlı Qüvvələr gününə həsr olunmuş "Qarabağ" Peyntbol Turniri keçirilmişdir.

Əsas məqsədi vətənpərvərliyin, hərbi xidmətin gənc çağırışçılar arasında təşviq edilməsi məqsədi ilə "ASAN Könüllüləri" gənclər təşkilatı və Azərbaycan Respublikası Peyntbol Federasiyasının birgə təşkilatçılığı ilə Şüvələn qəsəbəsində yerləşən ARENA İdman klubunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə və Silahlı Qüvvələrin yaradılmasının 96 illiyinə həsr olunmuş “Qarabağ” Peyntbol Turniri keçirilmişdir.

Turnirdə 8 komandanı təmsil edən 40 çağırışçı gənc iştirak etmişdir. 

Qeyd edək ki, forma və məzmununa görə bu cür turnir ilk dəfə keçirilmişdir və bu cür turnirlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36