NATİQLİK KLUBU

Şəxsi inkişaf

(İyul – Avqust 2014)

“ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 2014-cü ilin iyul-avqust ayları ərzində “Natiqlik klubu” layihəsi həyata keçirilmişdir. Layihənin əsas məqsədi müxtəlif situasiyalarda gənclərin öz fikirlərini ifadə etmək qabiliyyətlərini, intellektual bacarıqlarını inkişaf etdirmək olmuşdur. I mərhələsini hazırcavablıq, inandırmaq və təsir etmək qabiliyyəti, düzgün nitqin və fikrin qurulması, manipulyasiya yolları və digər mövzuları əhatə edən layihənin II mərhələsi  müsahibə formatında keçirilən müsabiqədən ibarət olmuşdur. Müsabiqənin qalibi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 1 aylıq təcrübə proqramı keçmək imkanı qazanmışdır.

 “Natiqlik klubu” layihəsində 25 nəfər iştirak etmişdir.      

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36