ASAN Akademİya

Şəxsi inkişaf

(İyul – Oktyabr 2014)

“ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən, yayın səmərəli və öyrədici layihələrindən biri olan “ASAN Akademiya” layihəsinin hazırlıqlarına iyul ayından start verilmişdir. Layihənin əsas məqsədi gənclərin fərdi inkişafına təkan verib onlara gələcək karyeralarına ilkin addım atmaqda yardım etmək olmuşdur. Bu məqsədlə layihə zamanı iştirakçılara iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik, layihələrin yazılması və təqdimatı haqqında təlimlər keçirilmişdir. Layihədə iştirak etmiş gənclərdən bir neçəsi öz layihələrini hazırlayaraq Azərbaycan Gənclər Fondunun qrant müsabiqələrinə müraciət etmişdir. Bu layihələrin həyata keçirilməsində “ASAN Könüllüləri” gənclər təşkilatı tərəfindən lazımi dəstək göstəriləcəkdir.

Ümumilikdə 4 ay davam etmiş layihəyə müraciət etmiş 437 nəfərdən 50-i seçilərək təlimlərdə iştirak haqqı qazanmışdır.

“ASAN Akademiya”nın  buraxılış mərasimi 1 noyabr 2014-cü il tarixində “Beynəlxalq Muğam Mərkəzi”ndə keçirilmiş, Akademiyanın ilk məzunları diplomla təltif edilmişdir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36