VERGİDƏ 1 PƏNCƏRƏ

Şəxsi inkişaf

(Avqust 2014)

16 avqust 2014-cü il tarixində Gəncə şəhər “ASAN xidmət”mərkəzində “ASAN Könüllüləri" gənclər təşkilatının təşəbbüsü ilə "Vergidə Bir Pəncərə" layihəsi çərçivəsində təlim keçirilmişdir.

“Vergidə Bir Pəncərə” layihəsinin açılış mərasimini giriş sözü ilə açan Gəncə“ASAN xidmət” mərkəzinin Direktor müavini AItay Ələsgərov və layihə rəhbəri Şabanzadə Elnur layihənin məqsədi, vəzifələri və hədəfləri haqqında qısa məlumat verdikdən sonra sözü təlimçi, “Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Baş vergi xidməti müşaviri” Azər Məmmədov və Qeydiyyat və uçot şöbəsinin baş hüquqşünası (Gəncə “ASAN xidmət” mərkəzinin vergi xidməti üzrə-qrup rəhbəri) Günay Həsənovaya söz verilmişdir. Təlimdə ümumilikdə 25 nəfər olmaqla Gəncə“ASAN xidmət” mərkəzinin cari könüllüləri ilə yanaşı, məzun könüllülər də iştirak etmişdir.

Qeyd edək ki, "Vergidə 1 Pəncərə" layihəsi çərçivəsində silsiləvi təlimlərin keçirilməsi nəzərdə tutulur. 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36