Gəncə'14 Forumu

Şəxsi inkişaf

(Avqust 2014)

“ASAN Könüllüləri” gənclər təşkilatı və “Avropa Gənclər Parlamenti Azərbaycan” nümayəndəliyi tərəfindən həyata keçirilən “Avropa Gənclər Parlamenti Azərbaycan” nümayəndəliyinin “I Beynəlxalq Gənclər Forumu - Gəncə‘14” 20-24 avqust 2014-cü il tarixlərində Gəncə şəhərində baş tutmuşdur. Forum zamanı bir araya gələn gənclər Avropa İttifaqı (EU) və Şərq Tərəfdaşlığına (EaP) daxil olan ölkələr arasında münasibətlərin gücləndirilməsi istiqamətində müzakirələr aparmışdır. Tədbirdə ölkəyə gələn qonaqlara ölkəmiz haqqında geniş məlumat verilmiş, Azərbaycan mədəniyyəti yüksək şəkildə təbliğ olunmuşdur. Layihə boyunca iştirakçılar Gəncə şəhəri ilə yanaşı Bakı şəhəri ilə də tanış olmuşdur.

Həmçinin forum çərçivəsində keçirilən Baş Assambleyada gənclər öz fikirlərini səsləndirmiş və komitələr daxilində qaldırılmış məsələlərlə bağlı öz qətnamələrini təklif etmişlər. Avropa ölkələrində vətəndaşlara xidmət sektorunda effektivliyin artırılması sahəsində Azərbaycan brendi olan “ASAN xidmət” modeli qətnamə kimi təqdim edilmiş və səs çoxluğu ilə qəbul edilmişdir.

Təşkilatın ilk beynəlxalq layihəsində 13 ölkədən 70 gənc iştirak etmişdir.

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36