I Yay Məktəbİ

ASAN Könüllüləri şəbəkəsi

(Avqust 2014)

Gündəmdə olan əsas məsələlərdən biri gənclərin cəmiyyətimizi narahat edən problemlərin həlli yollarının tapılmasında öz irad və təklifləri ilə passiv şəkildə çıxış etmələridir. 2014-cü ilin 26-29 avqust tarixlərində keçirilən “ASAN Könüllülərinin I Yay Məktəbi”nin əsas məqsədi qısa vaxt ərzində cəmiyyətimizi narahat edən əsas məsələlər ilə gəncləri tanış etmək və onların həll yollarının tapılması üçün çıxış etmələrini stimullaşdırmaqdır. Layihə çərçivəsində Mingəçevir şəhərində 4 gün boyunca iştirakçılar müxtəlif təlim, tədbir, layihə təşkili və idarəetməsini öyrənərək komandalar arası yarışlarda iştirak etmişlər. Bu müddət ərzində onlar qarşılarına qoyulmuş məslələrin həll yollarının tapılması istiqamətində təklif və layihələr təqdim etmişlər.  Fərqlənən komandaların layihələrinin “ASAN Könüllüləri” gənclər təşkilatı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərdi inkişafla yanaşı sağlam düşüncənin sağlam ruhla başladığını vurğulayan könüllülər Yay Məktəbi ərzində həm zehni həm də fiziki oyunlar ilə məşğul olmuş, avarçəkmə idman yarışında iştirak etmiş, Mingəçevir su anbarı ilə tanış olmuş, Yevlax və Şəki şəhərlərinə səyahət etmişlər.

“ASAN Könüllülərinin I Yay Məktəbi"ndə 55 gənc iştirak etmişdir.

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36