Nə? Harada? Nə zaman?

Şəxsi inkişaf

(Avqust 2014)

“ASAN Könüllüləri” gənclər təşkilatı tərəfindən 2014-cü ilin avqust ayında “Nə? Harada? Nə zaman?” intellektual oyunu həyata keçirilmişdir. Layihənin başlanğıcında oyun qaydaları, oyun zamanı daha uğurlu olmaq üçün müxtəlif məsləhətlər və digər mövzuları əhatə edən təlimlər keçirilmişdir. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 2 hazırlıq oyunu və kubok uğrunda 3 oyun baş tutmuşdur. Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” layihəsinin əsas məqsədi məntiqi düşüncə və arqumentasiya, gənclərin komandada iş bacarığı və mövcud biliklərdən maksimum yararlanmaq qabiliyyətinin inkişaf etdirilməsi olmuşdur. Sözügedən layihəyə 13 komandadan ibarət 78 iştirakçı qoşulmuşdur.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36