İXTİSAS.AZ

Sağlam ruh

(Sentyabr 2014)

17 sentyabr 2014-cü il tarixində "Peşəm Gələcəyimdir" layihəsi çərçivəsində www.ixtisas.az saytının təqdimat mərasimi keçirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları Təlim şöbəsinin əməkdaşı Orxan Oruczadə tərəfindən hazırlanan layihənin əsas məqsədi abituriyentlərə, eyni zamanda digər şəxslərə də düzgün peşə seçimində yardım etməkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə yaradılmış www.ixtisas.az saytı psixoloji testlərin köməyi ilə  gənclərə öz qabiliyyət və bacarıqlarına uyğun ixtisas seçmək imkanı verir. Layihə rəhbəri O. Oruczadə gənclərin öz qabiliyyətlərinə uyğun peşə seçmələri üçün ilk öncə özlərini tanımağın mühüm məsələ olduğunu dedi: “Saytın əsas məqsədi gənclərə peşə seçimində kömək etməkdir. Sayta daxil olan istifadəçi burada yerləşdirilən psixoloji testlərdən keçdikdən sonra verdiyi cavablara uyğun olaraq hansı sahədə potensialı olduğunu müəyyənləşdirə biləcək. Hesab edirəm ki, bu həm də peşəkar kadr ehtiyacının aradan qaldırılmasında öz töhfəsini verəcək. Gənclərin daha çox prestijli peşələrə yönəlirlər. Lakin bu da hər kəsin qabiliyyətinə, bacarığına uyğun olmaya bilir və nəticədə həmin şəxs aid olduğu sahədə fayda verə bilmir. Əsasən Avropa ölkələrində peşə seçiminə hazırlaşan gənclər bir sıra psixoloji testlərdən keçərək öz potensiallarını müəyyənləşdirə bilirlər. Bu yolla onlar hansı sahəyə daha uyğun olduqlarını öyrənirlər. Bu onlara gələcəkdə peşəkar olmaq və karyeranın düzgün qurulması barədə əvvəlcədən özlərinə yol müəyyənləşdirməkdə kömək olur.

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36