UŞAQLAR GƏLƏCƏYİMİZDİR

Sosial məsuliyyət

(Sentyabr 2014)

Gəncə “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən 14.09.2014 cü il tarixində həyata keçirdiyi “Uşaqlar Gələcəyimizdir!” adlı layihə başa çatmışdır.

Layihədən Gəncə Uşaq Evində məskunlaşan 4-16 yaş arası 66-ya yaxın uşaq yararlanmışdır. Qeyd edək ki, əsas məqsədimiz Gəncə Uşaq Evində məskunlaşan uşaqlara qayğı göstərmək, onları əyləndirmək və 15 Sentyabr “BİLİK GÜNÜ” münasibəti ilə uşaqlara məktəb ləvazimatları hədiyyə etməkdən ibarətdir.

İlk növbədə Gəncə “ASAN xidmət” mərkəzinin direktor müavini Ələsgərov Altay İsə oğlu və Gəncə şəhər Uşaq Evinin direktoru İsmayılova Nazilə Elman qızı layihə barədə məlumat verdilər, uşaqları 15 sentyabr "BİLİK GÜNÜ" münasibəti ilə təbrik etdilər. Daha sonra uşaqlara yemək fasiləsi və şənlik təşkil olundu. Gəncə Uşaq Evində məskunlaşmış uşaqlar hazırladığı rəqslər və şeirlərlə ilə çıxış etdilər. Məktəbə qədər və məktəbli uşaqlara hədiyyələr verildi. Bununlada layihə sona çatdı.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36