1 Gənc-1 Hekayə-1 Uğur

Şəxsi inkişaf

(Sentyabr 2014 – )

“1 Gənc - 1 Hekayə - 1 Uğur” layihəsi  çərçivəsində fərdi inkişafın gənclərin həyatındakı əhəmiyyəti vurğulanmış, bu məqsədlə 20-30 yaş arası Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan və bir çox nailiyyətlər əldə etmiş azərbaycanlı gənclərin öz bilik və təcrübələrini gənclərlə bölüşmələri üçün görüşlər təşkil edilmişdir. Silsilə şəkilli görüşlərdən ibarət olan layihədə gənclər uğura necə addımlamağı o yolda irəliləyən insanların özündən dinləmişlər. 

Layihədə iştirak edən ilk spiker peşəkar azərbaycanlı avtomobil dizayneri, “Lamborghini” şirkətində dizayner kimi çalışmış, “Ferrari World Design Contest 2011” yarışmasında “Ferrari Xezri” konsepti ilə 2-ci yerə layiq görülən Samir Sadıxov olmuşdur. “Hər şey bir xəyalla başlayar” deyən Samir uğur qazanmağın formulundan,  hazırladığı layihələr və gələcək işlərindən geniş məlumat vermişdir. Layihədə iştirak edən gənclər öz həmvətənlərinin Azərbaycandan kənarda əldə etdiyi uğurları görərək fərdi inkişafın və təhsilin həyatlarında nə dərəcədə vacib olduğunu bir daha anlamışdır.

Layihənin növbəti təqdimatçısı İllinoys Universitetinin İnformasiya Elmləri ixtisası üzrə magistr pilləsinin məzunu, “TEDxFrankfurt”un ilk azərbaycanlı spikeri, Dünya Bankı, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, "Qatar Foundation" kimi qurumlarda çalışmış, hazırda isə fəaliyyətini  dünyanın ən böyük nəşriyyat evlərindən biri olan  “Springer” şirkətində davam etdirən Seymur Rəsulov olmuşdur. Təqdimatçı iştirakçılarla öz həyat təcrübəsi ilə bağlı fikirlərini bölüşmüş, o cümlədən onları maraqlandıran sualları cavablandırmışdır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36