İncəsənət MÜHAZİRƏLƏRİ

Şəxsi inkişaf

(Sentyabr 2014)

26 sentyabr tarixindən etibarən "ASAN xidmət", “YARAT Müasir İncəsənət Məkanının” və "ASAN Könüllüləri" gənclər təşkilatının dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində start götürən “Azərbaycan və dünya incəsənəti üzrə mühazirələr silsiləsi” çoxsaylı mühazirələr keçirilmişdir.

Bu mühazirələrdə Azərbaycan incəsənətini, eyni zamanda dünyadakı incəsənət cərəyanları olan suprematizm, impressionizm, postimpressionizm və kubizm haqqında ətraflı məlumatlar verilmişdir. Bundan savayı müasir Azərbaycan incəsənət nümayəndələri olan - Tahir Salahovun, Toğrul Nərimanbəyovun,Səttar Bəhlulzadənin və Bəhruz Kəngərlinin yaradıclığını dərindən öyrənilmişdir. “Azərbaycan və dünya incəsənəti üzrə mühazirələr silsiləsi “ adı altında olan bu layihə “ASAN Xidmət” mərkəzlərinin əməkdaşlarının və könüllülərinin milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasında müsbət rol oynamışdır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36