18 Oktyabr AKSİYASI

Vətənpərvərlik

(Oktyabr 2014)

18 oktyabr tarixində “ASAN Könüllüləri” gənclər təşkilatının təşəbbüsü ilə “ASAN Xidmət” mərkəzlərində Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan Dövlət Müstəqilliyi günü qeyd edilmişdir.

Azərbaycanın Dövlət Müstəqilliyi günü 1 saylı “ASAN Xidmət”, 2 saylı “ASAN Xidmət”, 3 saylı “ASAN Xidmət”, 4 saylı “ASAN Xidmət”, Sumqayıt “ASAN Xidmət” və Gəncə “ASAN Xidmət” mərkəzlərində iş vaxtının başlanmasından sonra saat 10:05-də könüllülər və vətəndaşların Azərbaycan Respublikasının himnini oxuması ilə başlanmışdır. Daha sonra bütün “ASAN Xidmət” mərkəzlərində Dövlət Müstəqilliyi gününə həsr edilmiş aksiya keçirilmişdir. 350-dən artıq ”ASAN könüllüsü”nün təşəbbüsü ilə keçirilmiş aksiyada könüllülər üzlərində Azərbaycanın bayrağını təsvir edərək gün ərzində iş saatının sonuna qədər vətəndaşlara xidmət göstərmişdir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36