Gəncə Voleybol ÇEMPİONATI

Sağlam ruh

(Noyabr 2014)

Yarış Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gəncə “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə baş tutmuşdur. Oyun 9 noyabr tarixində saat 10:00-da Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunun idman zalında keçirilib.

Oyunda “ASAN xidmət” mərkəzinin əməkdaşlarından və könüllülərdən ibarət komandalar qarşı-qarşıya gəlmişdir. Voleybol yarışının təşkil olunmasının əsas məqsəd gənclərin idmana olan marağını artırmaqla sağlam həyat tərzini təbliğ etməkdir.

Yarışdan öncə Gəncə “ ASAN xidmət” mərkəzinin direktoru Elnur Rzayev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxış edərək iştirakçılara uğurlar arzulamışdırlar. Sonda qalib komandaların sırası müəyyənləşdirilmiş və bu komandalar diplom və müxtəlif hədiyyələrlə təltifləndirilmişdir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36