KONSTİTUSİYAMIZ

Vətənpərvərlik

(Noyabr 2014)

Gəncə ASAN Könüllüləri və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşəbbüsü ilə 12 noyabr Konstitusiya günü münasibətilə "Konstitusiyamız-hüquqi təməlimiz” adlı gənclərin elmi-praktik konfransı təşkil edildi.

Konfransda Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsinin Rəhbər və nümayəndləri, Gənclər və İdman İdarəsinin Rəhbər və nümayəndələri, “Asan Könüllüləri” gənclər təşkilatının Gəncə üzvləri, Turan İnkişaf Mərkəzinin Rəhbəri, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universitetinin TGT-nin sədr müavinləri, “Gənc Dost” GİB sədri, hüquqşünas, psixoloq və tələbələr iştirak edirdi.

Tədbiri Gəncə "Asan xidmət" mərkəzinin Rəhbəri Elnur Rzayev və Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin Rəhbəri Aygün Həsənzadə giriş sözü ilə açaraq “Konstitusiya Günü”nün mahiyyətindən danışaraq, bayram münasibətilə iştirakçıları təbrik etdilər. Daha sonra digər qonaqların çıxışları və təklifləri dinlənildi. Tədbir müzakirələrlə davam etdi.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36