I ÜMÜMRESPUBLİKA FORUMU

ASAN Könüllüləri şəbəkəsi

(Dekabr 2014)

16 dekabr 2014-cü il tarixində “ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyi tərəfindən Sabirabad Heydər Əliyev Mərkəzində 310 könüllünün iştirakı ilə “ASAN Könüllülərinin I Ümumrespublika Forumu” keçirilmişdir. Forumda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ölkə başçısının gənclərə göstərdiyi qayğının və dəstəyin ən böyük göstəricisi olmuşdur.

Forumun keçirilməsinin əsas məqsədi son illər ölkəmizdə uğurla aparılan gənclər siyasətinin, eləcə də gənclərin könüllü fəaliyyətinə göstərilən dövlət qayğısının vurğulanması, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülər üçün tətbiq olunan yeniliklərin müzakirə olunması, “ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyinin gələcək strategiyasının könüllülərin təklif və rəylərinə əsasən formalaşdırılması olmuşdur.

Forum zamanı “ASAN Könüllüləri” ümummilli lider Heydər Əliyevin miras qoyduğu dövlətçilik ənənələrinə sadiq olan sağlam düşüncəli gənclərin yetişdirilməsi mövzusu ətrafında müzakirələr aparmışdır. Müzakirələr nəticəsində cənab Prezidentin tövsiyələrinə uyğun olaraq innovativ, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi təşkilatın başlıca strategiyası olaraq qeydə alınmışdır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36