Karyera PLANLAŞDIRILMASI

Şəxsi inkişaf

(Yanvar 2015)

ASAN könüllüləri” gənclər təşkilatı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Yeni Azərbaycan Partiyası (YAP) şəhər təşkilatı 17 yanvar 2015-ci il tarixində YAP şəhər təşkilatının binasında gənclər üçün “Karyera planlaşdırılması” mövzusunda təlim təşkil etmişdir.

Təlimdə Sumqayıt “ASAN Xidmət” mərkəzinin könüllüləri, Sumqayıt Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin və “Ritorika Universal Klubu”nun nümayəndəsi olan tələbə gənclər dinləyici olmuşlar.Təlimin açılış mərasimində Gənclər və İdman Baş İdarəsi Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə, ”ASAN könüllüləri" gənclər təşkilatı ictimai birliyinin İdarə Heyətinin üzvü Rəşad Məmmədov, Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, YAP şəhər təşkilatı Aparatının təlimatçısı Elbrus Səlimov çıxış edərək tədbirin gənclər üçün əhəmiyyətindən danışmışlar. Çıxışlarda dövlətin gənclərə diqqət və qayğısından bəhs edilmiş, bir neçə gün öncə Respublika Prezidenti cənab İlham Əliyevin şəxsi iştirakı və xeyir-duası ilə Sumqayıtda Gənclər Evinin açılışı təqdirəlayiq hal kimi qeyd edilmiş, Dövlət Rəhbərinə dərin minnətdarlıq ifadə edilmişdir. Sonra gənclər təlimçilər Gülşən Cumayevanın və Kənan Bağırovun “Karyera planlaşdırılması” mövzusunda təlimini dinləmişlər. 

Təlim diskussiya şəraitində davam etmişdir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36