20 yanvar AKSİYASI

Vətənpərvərlik

(Yanvar 2015)

19 yanvar 2015-ci il tarixində bütün "ASAN xidmət" mərkəzində "ASAN Könüllüləri" gənclər təşkilatı ictimai birliyi tərəfindən 20 yanvar şəhidlərinin əziz ruhuna həsr edilmiş aksiya keçirilmişdir.

Aksiya çərçivəsində könüllülər yaxalarına şəhidlərimiz haqqında məlumat və şəkilləri olan yaxalıq və qara lent taxmışdılar. Eyni zamanda vətəndaşlar bu dəhşətli hadisə barədə bir daha könüllülərimiz tərəfindən maarifləndirilmişdirlər.

Qeyd edək ki, layihə Təşkilat tərəfindən gənclər arasında vətənpərvərlik hisslərini aşılamaq məqsədi ilə keçirilmişdir. Gələcəkdə bu istiqamətdə layihələrin davamlı olaraq keçirilməsi planlaşdırılır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36