Xalqların Sülh Hüququ

Şəxsi inkişaf

 

(Yanvar 2015)

22 yanvar tarixində “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Xalqların Sülh Hüququ” adlı rəsm müsabiqəsi iştirakçılarının sərgisi və təltif olunma mərasimi keçirildi.

Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO Mərkəzi və tərəfdaşları YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Em Art” rəsm studiyası, Azərbaycan Ressamlar İttifaqı, "ASAN Könüllüləri" gənclər təşkilatı ictimai birliyinin təşkilati və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direkoru Fərhad Hacıyev, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və digər qonaqlar iştirak etdi. 

Qeyd edək ki, müsabiqənin keçirilməsinin təşəbbüskarlarından biri ASAN könüllüsü Etibar Qurbanovdur.

Sonda rəsm müsabiqəsinin iştirakçıları mükafatlarla təltif olundu.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36