TÜTÜNSÜZ HƏYAT

Sosial məsuliyyət

(Fevral 2015)

ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyinin təşəbbüsü, “ADA Anti Smoking Club” və “SAĞLAM ailə” Tibb mərkəzinin təşkilati dəstəyi ilə “Tütünsüz Həyat, Sağlam Gələcəyə Təminat” devizi altında sosial layihəyə start verildi. 

İlk olaraq 23 fevral 2015-ci il tarixində Zərifə Əliyeva adına liseydə baş tutan təlim zamanı yeniyetmələrlə siqaretin zərərləri, stressin aradan qaldırılmasının alternativ yolları və sağlam həyat tərzinin vacibliyi barədə söhbət aparılmışdır. Layihə çərçivəsində ay ərzində iki dəfə olmaqla Bakı şəhərində yerləşən bir çox məktəbdə təlimlər keçirilməsi nəzərdə tutulmuşdur.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36