Humans of Karabakh

Vətənpərvərlik

(İyul 2015)

“ASAN Könüllüləri” gənclər təşkilatı tərəfindən təşkil olunan "Humans of Karabakh" layihəsinin əsas məqsədi Qarabağla bağlı olan erməni yalanlarını ifşa edib dünyaya çatdırmaq və canlı tarix daşıyıcılarının gələcək nəsillər üçün əbədiləşdirərək gələcək cəmiyyətimizin vətənpərvərlik ruhunun artırılmasıdır. 

"Humans of Karabakh" layihəsi çərçivəsində Qarabağdan didərgin düşmüş, habelə hal-hazırda Ağdam, Tərtər, Füzuli rayonlarında, eləcə də Bakı və Sumqayıt şəhərlərində yaşayan vətəndaşlarımızın Qarabağ və oradakı gündəlik yaşamları barədə düşüncələrini, Qarabağ həqiqətlərini bütün dünyaya çatdıraraq əbədiləşdiriləcək. Yuxarıda qeyd olunmuş regionlarda Qarabağda yaşamış və çox əfsuslar olsun ki, indi orada yaşaya bilməyən şəxslər ilə video müsahibələr aparılacaqdır. 

Qabaqcadan müəyyənləşdiriləcək mövzulara əsasən 4 video çarx hazırlanıb beynəlxalq aləmə, eləcə də gələcək nəsillərə bu torpaqların bizə aid olması mesajı veriləcəkdir. Video çarxlar hazır olduqdan sonra onları sosial şəbəkələrdə, beynəlxalq saytlarda, layihə çərçivəsində əməkdaşlıq qurulacaq beynəlxalq təşkilat və qurumlar vasitəsilə bütün dünyada nümayiş etdirilməsi nəzərdə tutulub.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36