Hərəyə 1 Kİtab Bölüşək

Şəxsi inkişaf

(May 2015)

Kitablar həyatımızın  düzgün istiqamətlənməsində böyük rol oynayır. Çox gözəl bir haldır ki, hal-hazırda kitaba marağı olan şəxslər cəmiyyətimizdə çoxdur. Kitablar bizə həyatı bəxş edir, nə qədər dərin olarsa bir o qədər maraqlı olar. Kitablar bizə tarixi verir. Bununla biz öz keçmişimizi öyrənib, gələcəyimizi düzgün qurmağı öyrənirik. Bəzi şəxslərin kitab oxumağa imkanı olmur.

Kiminin vaxt, kiminin marağı, kiminin isə maliyyə cəhətdən imkanı olmur. Bizim əsas borcumuz, hər kəsə bu sahədə öz köməkliyimizi göstərməkdir. Vaxtı olmayan şəxslərin cədvəlini düzgün təyin edib kitabdan faydalanmasında, maliyyə imkanı olmayan şəxslərə kitablar verməklə, marağı olmayan şəxslərin isə kitaba marağını artırmaqla. Əsasən layihəmizin məqsədi budur.

“Hərəyə 1 kitab bölüşək” layihəsinin həyata keçirilməsi nəticəsində “ASAN xidmət” mərkəzlərində kitab guşələrinin zənginləşdirilməsi könüllülər arasında kitaba maraq yaratmaq və bazanın yaradılması hər bir könüllü üçün maraqlı olacaq. Layihənin əsas məqsədi kitab oxumağa imkanı olmayan könüllülərə kömək etməkdir. Bu aksiyaya qoşulmaqla könüllülər təkcə kitab paylaşmayacaq  həmçinin oxuyub bitirdikləri kitabların təqdimatını aparacaqlar yaxşı kitab paylaşan və yaxşı kitab təqdimatı edən könüllüyə mükafat veriləcəkdir. Layihə vasitəsilə könüllülər arasında kitab oxumağa rəqabət artırılması gözlənilir.

Layihənin əsas məqsədi kitab oxumağa imkanı olmayan şəxslərə kömək etmək, könüllülərin kitaba marağının artırılmasıdır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36