Tələbə Oskarı

Şəxsi inkişaf

(May 2015)

Bu layihə Azərbaycanda kinematoqrafiya sahəsinə marağı olan universitet tələbələri arasında keçiriləcək ilk qısametrajlı film festivalı olacaq. Tələbələr özlərinin çəkdikləri və ya bilavasitə onların iştirakı ilə çəkilən filmlərlə müsabiqədə iştirak edə biləcəklər. “Tələbə Oskarı”- Tələbələrarası qısametrajlı film festivalının keçirilməsinin əsas məqsədi yerli istehsallı qısa film mədəniyyətinin formalaşmasına nail olmaq və bu sahədə xüsusən tələbələri həvəsləndirməkdir. “Tələbə Oskarı” layihəsinin keçirilməsi istedadlı şəxslərin dünya miqyasında xarici film festivallarında iştirakını həvəsləndirmək və Azərbaycan istehsalı filmləri dünyaya tanıtmaq məqsədini daşıyır.

Filmlərin qəbulu üçün şərtlərə uyğun olaraq onlar 15 dəqiqəni aşmamalıdır, 2013-cü ildən hazırki günə kimi çəkilən filmlər olmalıdır və film janrı sərbəstdir. Bundan əlavə olaraq hər bir iştirakçı ancaq bir filmlə festivalda iştirak edə bilərlər. Filmlər 5 nəfərlik münsiflər heyətinin seçimi ilə qiymətləndiriləcək. Layihəyə çərçivəsində Festivalda 10 filmin iştirak etməsi planlaşdırılır.

Layihənin keçirilməsinin əsas məqsədi film sahəsinə marağı olan gəncləri həvəsləndirmək,film sahəsində fərqli dünya görüşləri olan gənclərin kreativ və teorik fikirlərinin praktik şəklə salmalarına kömək olmaq, qısa filmlərin ölkə səviyyəsində inkişaf etməsinə müfəssəl olmaq, eləcə də qısa filmlərin izləyicilər ilə görüşməsini təmin etmək təməl hədəflər arasındadır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36