SAĞLAMLIQ GÜNÜ

Sağlam ruh

(May 2015)

İdman zallarına ehtiyac olmadığını göstərən bu layihə gəncləri bir komanda şəklində cəmləşdirib, onların boş vaxtlarını aktiv və fiziki məşğələləri pozitiv şəkildə necə həyata keçirtməyi nümayiş etdirir. "Sağlamlıq günü” layihəsində qısa və mürəkkəb olmayan oyunlardan ibarət olan 12 nəfərdən ibarət olan 8 komanda arasında yarışma nəzərdə tutulur. Yarış 5 May -  Bədən Tərbiyəsi və İdman Günü həyata keçiriləcək. Ölkəmizdə futbol, volleybol, üzgüçülük və digər klassik oyunlarda iştirak etmək üçün və nəticəsi olaraq mühüm yarışlarda iştirak etmək üçün illərlə məşqlərə ehtiyac olur. Lakin bu layihədə Azərbaycan Respublikasında da kiçik estafet oyunlardan ibarət olan yarışmaları da müəyyən inkişaf etdirmək istərdik. Bu oyunlarda iştirak etmək üçün ilkin hazırlığı tələb edən hansısa şərtlər olmadığı üçün hər bir kəs qatıla bilər.

Məqsədimiz ilk öncə gənclərimizə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq, virtual aləmdən asılılıqlarını olduqca minimallaşdırıb idman ətrafında cəmləşdirmək və nəhayət bu cür oyunları mütəmadi olaraq şəhər, region və ölkə daxili keçirməklə Azərbaycan Respublikasının gənclərinin əhətə etməkdir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36