NATİQLİK KLUBU II

Şəxsi inkişaf

(Avqust 2015)

Hal-hazırda gənclərimizin xüsusilə də region gənclərinin üzləşdiyi problemlərdən biri fikirlərini dolğun və dəqiq şəkildə ifadə edə bilməyi, sağlam düşünməyi, düzgün analiz və auditoriya qarşısında sərbəst çıxış etməyi bacarmamaqlarıdır. Bu səbəbdən də gənclərimizdə özünə qapanma hissi yaranır və onlar cəmiyyətdə özlərinə yer tapa bilmirlər. Bundan əlavə gənclərimiz hər hansı bir prosesə və ya məsələyə dar aspektdən yanaşıb öz  üstünlüklərini  göstərməkdə çətinlik çəkirlər, bir çox hallarda isə bacarmırlar. Qarşı tərəfi dinləməyi bacarmamaq, məntiqli arqumentasiyaya əsasən özünü ifadə etməmək gənclərimiz üçün gündəlik həyatda, xüsusəndə karyeralarında, maneələr törədə bilir. Gənclərimizin üzləşdiyi bu problemin həll yollarından biri isə “Natiqlik Klubu Regionlarda” layihəsinin keçirilməsidir.

“Natiqlik Klubu Regionlarda” layihəsi “ASAN Könüllüləri” gənclər təşkilatının dəstəyi ilə həyata keçirilib gənclərin öz fikirlərini sərbəst ifadə etmə bacarığını artırılması məqsədi daşıyır. Layihə üç hissədən (2 təlim blokundan və sonda Müsabiqədən) ibarət olacaq. 1-ci təlim bloku çərçivəsində hazırcavablıq - vəziyyətdən çıxma, inandırmaq və təsir etmək, düzgün nitqin və fikrin qurulması mövzuları əhatə olunaraq 4 təlim keçiriləcək. 2-ci təlim blokunda bədən dili, müsahibədən keçmənin effektiv yolları, müxtəlif situasiyalarda nitqin qurulması kimi praktiki biliklər əhatə olunaraq 5 təlim keçiriləcəkdir. Layihənin sonunda isə müsahibə formatında Müsabiqə keçirilməsi nəzərdə tutulub. Müsabiqənin qalibi isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlər Agentliyində 1 aylıq təcrübə proqramından keçmək imkanı qazanacaqdır.

Layihənin əsas məqsədi öz fikirlərini sərbəst və düzgün ifadə edən Azərbaycan gəncliyinin formalaşdırmasıdır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36