I CLUB

Şəxsi inkişaf

(Sentyabr - Dekabr 2015)

Gündəmdə olan problemlərdən biri gənclərin cəmiyyətimizi narahat edən müxtəlif çətinliklərə qarşı passiv olub öz müasir və innovativ ideyaları ilə çıxış etməməsidir. Birinci səbəb gənclərin ideyalarının olmamasıdır, digər səbəb isə ideyaları olsa belə onların cəmiyyətlə bölüşməməsi ola bilər. Özlərinə inamı itirmiş gəncləri stimullaşdırmaq, hər bir ideyanın əngəlsiz həyata keçmək şansı olmasını göstərmək lazımdır.

Layihənin əsas ideyası təhsil ocaqlarında "İnnovativ klub"lar yaradıb cəmiyyətimizin problemlərinin həllində tələbələrin ideyaları ilə çıxış etməsini stimullaşdırmaq və onların həyata keçməsinə köməklik göstərməkdir. Gənclər öz ideyaları ilə müasir avadanlıqlarla təchiz olunmuş otağa daxil olub orada AKGT-nin əməkdaşı ilə əlaqə saxlayıb öz ideyalarını düzgün formaya salıb AKGT-nin və VXSİDA xüsusi komissiyasına göndərəcəklər. Layihə komissiya tərəfindən təkmilləşdirildikdən sonra AKGT-nin təşkilatçılığı ilə və ideya müəllifinin başçılığı ilə keçiriləcək. Buna əlavə olaraq," I-Club"larda gənclərin boş vaxtının daha səmərəli şəkildə keçirilməsi üçün müxtəlif fəaliyyət növlərini də (kitab oxumaq, kompyuterlər vasitəsilə dərslərə hazırlaşmaq, film izləmək və s.) həyata keçirtmək mümkün olacaq. "I-club" layihəsi çərçivəsində AKGT və VXSİDA, Gənclər fondu, Elm fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və digər aidiyyatı olan qurumlar ilə əməkdaşlıq edilməsi nəzərdə tutulub. Sözü gedən layihə gənclərin şəxsi inkişafına, dünyagörüşünün artmasına və innovativ düşünmək qabiliyyətinin inkişaf olunmasına səbəb olacaqdıq.

Layihənin məqsədi cəmiyyətimizin gündəlik məsələləri ilə bağlı innovativ fikirlərlə çıxış edən, dünyagörüşlü, gələcəkdə çalışdıqları sahəni inkişaf etmək iqtidarında olan gənclik formalaşdırmaqdır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36