Gənc BEYİN III

Şəxsi inkişaf

(İyul 2015)

Hal-hazırda cəmiyyətimizin üzləşdiyi problemlərdən biri psixi probləmlərdir. Hər nə səbəbdən olursa olsun gənclərimizin müəyyən psixi problemləri olursa bu problemlərin aradan qaldırılması,yaxşılaşdırılması və pozitiv düşünən gənc kimi formalaşmasında müəyyən üsullardan istifadə olunmalıdır. Bu üsullardan biri də öz sahəsində ixtisaslaşmış şəxslərdən yardım almaqdır. Cəmiyyətimizdə psixoloqdan yardım almaq səhv başa düşüldüyündən gənclərimiz bu yardımdan imtina edirlər. Məhz buna dayanaraq psixologiyaya olan marağın artırılması yönündə belə təlimlər silsiləsinin keçirilməsi zərurət daşıyır.

“ASAN Könüllüləri” gənclər təşkilatı tərəfindən keçirilən Gənc Beyin  layihəsinin əsas məqsədi gənclərin psixi sağlamlığının qorunması, psixoloji gərginliklərdən azad olub gələcəkdə vətəni üçün sağlam bir gənc  kimi yetişməsidir. Layihə bölgə gəncləri üçün 10 təlim üzrə nəzərdə tutulmuşdur. Təlimlər silsiləsinə daxildir:Bədən dili və ondan istifadə”, “Ünsiyyətdə empatiya hissi”, “Manipulyasiya və ondan müdafiə”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar”, “Rəsmlərim nə deyir?”, “Yazı və imzalarla insanları necə tanımaq olar?”, “Sevginin psixoloji izahı”, “İctimai aqressiya”, “Psixodrama-psixoterapevtik məşğələ”, “Mən kiməm? –psixololoji oyun”.Təlimlər hər bir şəhərdə müəyyən olunmuş müddət üzrə ayrı ayrılıqda keçiriləcəkdir.   Bu təlimlər nəticəsində gənclər həm özlərini həm də insanları daha yaxşı tanıyıb  analiz etmək bacarığına yiyələnəcəklər.

Layihənin əsas məqsədi psixologiyanı gənclərə sevdirib psixi sağlamlığın möhkəmləndirilməsinə şərait yaratmaqdır. 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36