Könüllülər Parlamentİ

ASAN Könüllüləri şəbəkəsi

(May 2015)

Hər “ASAN xidmət” mərkəzindən 20 fəal könüllü olmaqla toplamda 140 könüllü öz “ASAN xidmət” mərkəzlərinə uyğun olaraq bölünərək könüllülər üzrə müvəkkillərin kordinasiyası altında qabaqcadan müəyyənləşdirilmiş mövzuların həlli üçün qətnamələrin ilkin versiyasları Forumdan öncə hazırlanacaqdır.  Buna əlavə olaraq, iştirakçılar tərəfindən müəyyən olunmuş mövzular da qətnamələrin ilkin versiyasına əlavə oluna bilər.

Könüllülüklə bağlı 3 müxtəlif mövzularda keçirilən panellərə ekspertlər dəvət olunub çıxış edəcəklər. Hər “ASAN xidmət” mərkəzi komandası ekspertlərin çıxışı və verdikləri suallar nəticəsində hazırladıqları qətnamələrin son versiyasını hazırlayacaqlar.

Hər “ASAN xidmət” komandası Könüllülər Parlamentində öz qətnamələrini təqdim edib, digər “ASAN xidmət” komandalarının suallarına cavab verdikdən sonra səs veriləcəkdir.

Sadə səs çoxluğu ilə qəbul olunan qətnamələrin Forumun təşkilati komandası tərəfindən ümumiləşdirilmiş şəkildə AR Prezindenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri cənab İnam Kərimova və “ASAN Könüllüləri” gənclər təşkilatının sədri cənab Fərid Sadıxlıya rəsmi qaydada ünvanlandırılacaqdır.

Könüllülər Parlamentinin moderator heyəti Könüllülər Paramentinin gedişatına nəzarəti təmin edir.

Hər “ASAN xidmət” mərkəzinin könüllülər üzrə müvəkkili tərəfindən Qətnamə 3 dəqiqə ərzində Könüllülər Parlamentinin moderator heyəti, digər “ASAN xidmət” mərkəzinin komanda üzvləri və qonaqlar qarşısında təqdim edilməlidir.

Bütün “ASAN xidmət” mərkəzinin komanda üzvləri, eləcə də qonaqlar tərəfindən təqdim olunan Qətnaməyə 4 dəqiqə ərzində suallar verilə bilər.

Suallar Qətnamə təqdim edən “ASAN xidmət” mərkəzinin komanda üzvləri tərəfindən cavablandırılacaqdır.

Bütün “ASAN xidmət” mərkəzinin komanda üzvləri növbəti 2 dəqiqə ərzində komanda daxili və ya açıq şəkildə səs verəcəkdir.

Könüllülər Parlamentinin moderator heyəti tərəfindən səslər toplandıqdan sonra nəticələr sadə səs çoxluğu prinsipi ilə elan olunacaqdır.

Könüllülər Parlamentinin əsas məqsədi “ASAN Könüllüləri” gənclər təşkilatının gələcək fəaliyyət strategiyasının “ASAN xidmət” mərkəzinin cari və məzun könüllüləri tərəfindən müəyyənləşdirilməsidir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36