ASAN Akademİya II

Şəxsi inkişaf

(İyul - Avqust 2015)

"ASAN Akademiya” layihəsinin əsas məqsədi məktəb, eləcə də ali təhsil ocaqlarında əldə etmədiyi bacarıqları gənclərə öyrətməkdir. Əsas ideya gənclərin öz fərdi inkişafları üçün çalışmalarına təkan verərək gələcəkdə karyeraya ilk addımları atanda əsas bacarıqlara yiyələnmiş olmasıdır.

Layihə çərçivəsində aşağıdakı fənnlər tədris olunur: Beynin funksiyaları, lkin təəssüratın vacibliyi, Müsahibələrə psixoloji hazırlıq, Manipulyasiya modelləri, Menecment, Peşəkar ünsiyyət və yazı qabiliyyəti, Təqdimat bacarıqları, Hesabatların hazırlanması, Strateji idarəetmə, Marketinq, Fundraising, Qərar qəbuletmə, Layihə idarəetməsinə giriş, Risklərin idarəedilməsi, Keyfiyyət idarəetməsi, Liderlik, Xərclərin idarəedilməsi, MS Project Layihə idarəetmə proqramı, Danışıqların aparılması, Layihələr icra prosesində

Layihə çərçivəsində hər həftə 2 dəfə olmaqla iştirakçılara iki qrupda yuxarıdakı fənnlər tədris olunurdu. Fənnlərin tədris olunması zamanı layihənin daha effektiv və yaddaqalan olunması məqsədi ilə müxtəlif oyunlar və müsabiqələrdən istifadə olundu. Bu da qeyd olunmalıdır kı, fənnlərin kompleks şəklində tədris olunması məqsədi ilə təlimlər iki yerə bölündü: Təlimlərin I bloku və Təlimlərin II bloku və müvafiq olaraq psixoloji fənnlər və menecment fənləri tədris olundu. Buna əlavə olaraq, qeyd olunmalıdır ki, layihə çərçivəsində bütün iştirakçılar müxtəlif mövzularda öz layihələrini hazırlayıb müxtəlif qrant müsabiqəsinə müraciət edirlər.

Bu da qeyd olunmalıdır ki, dərslər məhz gənc müəllimlər tərəfindən tədris olunur, çünki gənclərin özünü gənc, uğur qazanmış insan ən təsirləndirici effekt yarada bilər. Bu məqsədlə, ölkəmizin bu kriteriyalara uyğun və tanınmış təlimçilərilə ilə əməkşdalıq qurulur. 

2 ay müdətində davam edən ASAN Akademiyanın sonunda Məzun Buraxılışı keçirilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36