Breyn-rinq

Şəxsi inkişaf

(Aprel - May 2015)

Oyunun hər buraxılışı bir neçə döyüşdən ibarətdir. Döyüş — iki komandadan biri müəyyən edilmiş xalı yığana kimi qarşılaşmanın davam etməsidir. Hər döyüşdə 2 komanda və hər komandada 6 oyunçu yer alır: Bir komanda qırmızı, digəri isə yaşıl masada əyləşir. Sıra nömrəsinə görə beşinci və altıncı yerlər arasında cavab vermək üçün xüsusi düymə yerləşir.

Hər döyüşün ilk sualı bir xaldır. Aparıcı sual verdikdən sonra siqnal səsi eşidilir və komandanın müzakirə etməsi üçün vaxt gedir. Düyməyə birinci basmış komandanın cavab vermək hüququna malikdir. Lakin, komanda siqnal səsindən əvvəl düyməyə basarsa, həmin komanda növbəti suala kimi cavab vermək hüququnu itirir və rəqib komandaya 20 saniyə vaxt verilir. Əgər ikinci komanda da suala səhv cavab verərsə, aparıcı ya cavabı səsləndirir ya da növbəti döyüşə saxlayır və digər sualın dəyəri bir xal daha artır. İki suala ardıcıl düzgün cavab verilməzsə, artıq 3 xal dəyərində sual səsləndirilir. Üçüncü sual da cavabsız qalarsa, komandalar oyun meydanın tərk etmək məcburiyyətində qalır. Komandalardan birinin sualı tapdığı təqdirsə isə müvafiq olaraq 3 xal onların hesabına yazılır. Bundan sonra səslənəcək sualın dəyəri bir xal olur. Döyüşü qalib başa vurmaq üçün 5 xal yığmaq tələb olunur. Final qarşılaşması iki döyüşdən ibarət olduğu üçün hər bir döyüşdə 5 xal yığmaq tələb olunur. Əgər hesab bərabər olarsa  bir həlledici sual səslənir və cavab verən komanda oyunun qalibi olur.

Layihə çərçivəsində hər bir “ASAN xidmət” könüllüləri öz komandalarını müəyyənləşdirib ASAN Könüllüləri arasında Breyn-Rinq çempionatında iştirak etmək şansı qazanacaqlar. Layihənin sonunda çempionatın qalib komandasına xüsusi hədiyyələr gözlənilir.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclər arasında dünyagörüşünü eləcə də hazırcavablılığı aşılamaqdır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36