Debat ÇEMPİONATI

Şəxsi inkişaf

(İyun 2015)

Hal-hazırda gənclərimizin əksəriyyətinin üzləşdiyi problemlərdən biri fikirlərini dolğun və dəqiq şəkildə ifadə edə bilməyi, sağlam düşünməyi, düzgün analiz və auditoriya qarşısında sərbəst çıxış etməyi bacarmamaqlarıdır. Bundan əlavə bəzən gənclərimizin məsələyə yalnız dar aspektdən yanaşıb öz  üstünlüklərini  göstərməkdə çətinlik çəkirlər.

Bu problemin həll yollarından biri “Debat Çempionatı” intelektual oyunun təşkil olunmasıdır. Sözü gedən intelektual  oyunun Karl-Popper formatlı debat şəklində keçirilməsi nəzərdə tutulur. Hal-hazırda xarici ölkələrdə eləcə də Azərbaycanda “Debat Klub”lar əsasən ali təhsil ocaqları nəzdində yaradılması yüksək əhəmiyyət kəsb etdiyindən trendə çevrilmişdir və bu səbəbdən "ASAN Könüllüləri" gənclər təşkilatı ictimai birliyinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan “Debat Çempionatı” layihəsi məqsədə uyğundur.

Layihənin əsas məqsədi öz fikirlərini sərbəst şəkildə ifadə edən, düzgün danışıq qabiliyyəti, tənqidi təfəkkürlü və hazırcavab Azərbaycan gəncliyinin formalaşdırılmasıdır. 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36