Yaradıcı Könüllülər

ASAN Könüllüləri şəbəkəsi

“ASAN Könüllüləri” Təşkilatının Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında Vətədaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə olaraq könüllülərin əl işlərindən ibarət rəsm müsabiqəsi keçirib. Müsabiqədə rəsm qabiliyyəti olan ASAN Könüllülərin portret, mənzərə, vətənə məhəbbət motivli rəsm nümunələri nümayiş etdirilmişdir. Müsabiqənin əsas məqsədi istedadlı könüllülərin əl işlərini geniş ictimaiyyətə tanıtdırmaq, onları peşəkar fəaliyyətə həvəsləndirməkdir. 
1 saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilmiş müsabiqədə ASAN könüllülərinin yaradıcılıq nümunələri mərkəzdə xidmət alan vətəndaşlara nümayiş etdirilib. Vətəndaşların, könüllülərin və münsiflər heyətinin səs verməsi nəticəsində I, II və III yerləri tutan istedadlı könüllülər təltifnamə və 2 aylıq rəsm kursu ilə mükafatlandırılıblar.
“ASAN Könüllüləri” Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək bildirib ki, birliyin tərkibində yaradılmış “Mədəniyyət mərkəzi”nin əsas məqsədi gənclərə mədəniyyət və incəsənət dəyərlərinin aşılanmasıdır. Rəsm müsabiqəsilə fəaliyyətinə start verən “Mədəniyyət mərkəzi” gənclərin təhsilə marağının artırılması, mədəniyyətin, tarixin, ədəbiyyatın təbliği yönündə layihiələr həyata keçirəcək.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36