Debat Çempionatı

Şəxsi inkişaf

Hal-hazırda gənclərimizin əksəriyyətinin üzləşdiyi problemlərdən biri fikirlərini dolğun və dəqiq şəkildə ifadə edə bilməyi, sağlam düşünməyi, düzgün analiz və auditoriya qarşısında sərbəst çıxış etməyi bacarmamaqlarıdır. 
4 saylı ASAN xidmət mərkəzinin könüllüləri gənclərin bu problemlərini nəzərə alaraq ASAN könüllüləri arasında Debat Çempionatı keçirib. Yarışda iştirak edən gənclərə əvvəlcə natiqlik və debat təlimləri keçirilib. Təlimləri uğurla başa vurduqdan sonra gənclər Debat Çempionatında iştirak ediblər. Çempionatda qalib gəlmiş komanda kubok, komanda üzvləri isə sertifikatlarla təltif olunublar.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36