"Hərəyə Bir Kitab Bölüşək"

Şəxsi inkişaf

(Avqust-Sentyabr 2015)

Bildiyiniz kimi Kitablar həyatımızın  düzgün istiqamətlənməsində böyük rol oynayır. Çox gözəl bir haldır ki, hal-hazırda kitaba marağı olan gənclər cəmiyyətimizdə çoxdur. Kitablar bizə həyatı bəxş edir, nə qədər dərin olarsa, o qədər maraqlı olur. Kitablar bizə tarixi verir. Bununla biz öz keçmişimizi öyrənib, gələcəyimizi düzgün qurmağı öyrənirik. Bəzi şəxslərin kitab oxumağa imkanı olmur. Bəzən vaxt, bəzən kitaba marağın olmaması, bəzən  isə maliyyə kimi amillər bu imkansızlığı yaradır. Bizim əsas borcumuz, hər kəsə bu sahədə öz köməkliyimizi göstərməkdir.

Bütün bunları nəzərə alaraq “ASAN Könüllüləri Təşkilatı” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətədaşlara  Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,  birgə olaraq “Hərəyə bir kitab” adlı  layihə həyata keçirir. Layihənin əsas məqsədi könüllülərimiz arasında kitab oxumaq vərdişini yaratmaqdır. Bu aksiyaya qoşulmaqla könüllülərimiz seçilmiş kitabları mütaliə edəcək və kitabları bitirdikdən sonra oxuduqlarını geniş auditoriyaya təqdim edəcəklər. Ən yaxşı kitab təqdimatçıları mükafat alacaq. Qeyd edək ki, layihədə iştirak etmək üçün müraciət etmiş 336 nəfərdən 14 nəfər müsahibə mərhələsini də keçərək layihəyə qatılıb.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36