"ASAN Akademiya" 2015

Şəxsi inkişaf

(Avqust-Sentyabr)

“ASAN Könüllüləri”  Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən, yayın səmərəli və öyrədici layihələrindən biri olan “ASAN Akademiya” 2015 layihəsinə start verilib. Könüllülərimizin istəyini nəzərə alaraq 2-ci dəfə həyata keçirilən Layihənin əsas məqsədi gənclərin fərdi inkişafına təkan verib onlara gələcək karyeralarına ilkin addım atmaqda yardım etməkdir. Bu məqsədlə layihə zamanı iştirakçılara iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik, layihələrin yazılması və təqdimatı haqqında təlimlər keçiriləcək. Layihəyə müraciət etmiş 546 könüllüdən 184 könüllü müsahibəyə qatılmış və onlardan 30 nəfər müsahibəni uğurla başa vuraraq  təlimlərə qatılmışdır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36