Vəfa Qubadova

İdarə heyəti

Həmtəsisçi

Qubadova Vəfa Fuad qızı 4 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur.

2000-2011-ci illərdə 160 saylı klassik gimnaziyada təhsil almışdır.

2009-2010 il tarixlərində YFU mübadilə proqramı çərçivəsində Albert Şvayster adlı gimnaziyada təhsil almışdır. (Gernsbach şəhəri, Baden-Vürtemberq əyaləti, Almaniya)

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Politologiya ixtisasına rus bölməsinə qəbul olmuşdur. Hal-hazırda bakalavr təhsilini davam etdirir. İDEA (İnternational Dialogue for Environmental Action) təşkilatının Akademiya üzrə kordinatoru vəzifəsində fəaliyyət göstərir.

2012-ci il mart-iyun tarixlərində "Youth for Understanding" özəl şirkətində təcrübə proqramında iştirak etmişdir.

2013-cü il yanvar-mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində  könüllü olaraq fəaliyyət göstərmişdir.

2013-cü il may-iyun tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ölkəmizdə səfərdə olan Alman nümayəndə heyətinin könüllü tərcüməçi vəzifəsinə təyin olunmuşdur.

2013-cü il 23 oktyabr tarixində keçirilən "ASAN Könüllüləri" gənclər təşkilatının Ümumi Yığıncağında yaradılmış Təşəbbüs qrupunun həmtəsisçisidir. .

İnglis, rus, alman dillərini bilir.

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36