Nicat Əmiraslanov

İdarə heyəti

Üzv

Nicat İlham oğlu Əmiraslanov 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1999-2010-cu illərdə Nəsimi rayonu 35 saylı orta məktəbdə təhsil almışdır.

2002-2007-ci illərdə Vaqif Mustafazadə adına məktəbdə musiqi təhsili almışdır.

2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır.

Bu illərdə Tələbə Həmkarlar İttifaqı üzrə qrup rəhbəri olmuşdur.

2011-ci ildə Yeni Azərbaycan Partiyasının tədris etdiyi “Heydər Əliyev İrsi” məktəbini bitirmişdir.

2011-2013-cü illərdə azerxeber.info  xəbər saytının  rəhbəri olmuşdur.

2012-ci ildə Gürcüstanda keçirilən Parlament seçkilərində Beynəlxalq müşahidəçi olaraq Saqareco seçki dairəsində iştirak etmişdir.

2013-cü il may-iyul  tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeçiliyində olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərərək 1-ci dərəcəli sertifikatla təltif olunmuşdur.

Master -2 proqramı çərçivəsində  Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamentinin fərdi uçot şöbəsində  təcrübə keçmişdir.

2014 cü ildə Samsun şəhərində  On Dokuz Mayıs Universitetinin nəzdində tədris edilən “Halka İlişkiler” məktəbinin iştirakçısı olmuşdur.

2013-2016-cı illərdə “ASAN Könüllüləri” təşkilatının  İctimaiyyətlə əlaqələr departamentinə rəhbərlik edib.

2016-cı ilin May ayından etibarən "ASAN Könüllüləri" Təşkilatında İdarə Heyətinin üzvüdür.

 İngilis və rus dillərini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36