Məhəmməd İbrahimov

İdarə heyəti

Üzv

Məhəmməd İlqar oğlu İbrahimov 6 sentyabr 1993-cü ildə anadan olmuşdur.
2000-2003- cü illərdə 160 saylı Klassik Gimyanizyada təhsil almışdır. 2003-
2004-cü illərdə A.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında
təhsil almışdır. 2004-2007- ci illərdə 160 saylı Klassik Gimyanizyada təhsil
almışdır. 2007-2011- ci illərdə A.Ağaverdiyev adına 31 saylı orta məktəbdə
təhsil almışdır.
2011-2016- cı illərdə ADA Universitetində bakalavr pilləsində təhsil almışdır.
2016-2017- ci illərdə “Erasmus University Rotterdam”-da (Niderland Krallığı)
magistr pilləsində təhsil almışdır.
2012-ci il iyun-iyul aylarında “AOİ collec”i inglis dili kursu üzrə bitirb sertifikat
ilə təltif olunmuşdur.
2013-cü il iyun-iyul aylarında beynəlxalq “AİESEC” proqamı çərçivəsində
Ukraynanın Lviv şəhərində təcrübə keçmişdir.
2013-cü il avqust ayında Utrext Universitetinin (Niderland Krallığı) “Miqrasiya,
inteqrasiya və etnik münasibətlər” mövzusunda yay məktəbində iştirak
etmişdir.
2013-cü ilin sentyabr-dekabr aylarında 1 saylı Bakı “ASAN xidmət”
mərkəzində könüllü çalışmış 1-ci dərəcəli sertifikat ilə təltif olunmuşdur.
2014-cü ilin yanavr ayından etibarən “ASAN Könüllüləri” Gənclər Təşkilatı
ictimai birliyinin Layihələrin İdarəedilməsi Departamentinin rəhbəri kimi
çalışmışdır.
2015-ci il may-iyul aylarında Azərbaycan Respublikasının Avstriya
Respublikası, Sloveniya və Slovakiyadakı səfirliyində eləcə də Azərbaycan
Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyində təcrübə proqramı
keçmişdir.
2015-2016- cı illərdə “Avropa Gənclər Parlamenti Azərbaycan”
nümayəndəliyinin vitse-prezidenti kimi çalışmışdır.

Hal-hazırda “ASAN Könüllüləri” Təşkilatının idarə heyetinin üzvüdur.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36