Könüllülər Yurdu Azərbaycan

Şəxsi inkişaf

“ASAN Könüllüləri” təşkilatı ictimai birliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən  ASAN Könüllülərinin “Könüllülər Yurdu-Azərbaycan” layihəsi. 

Əsas məqsədi Respublika miqyasında könüllük fəlsəfəsini təbliğ olunması və könüllülük hərakatını stimullaşdırması olan “Könüllülər Yurdu-Azərbaycan” layihəsi Bakı, Sumqayıt, Sabirabad, Bərdə, Gəncə, Qəbələ, Quba, Masallı və ətraf rayonları əhatə edib. Ümumilikdə 600-ə yaxın gəncin iştirak etdiyi layihədə iştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr” karyera mərkəzi, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib. Layihə çərçivəsində uşaqlar və qocalar evinə ziyarət, az təminatlı ailələrin evinin abadlaşdırılması, ətraf mühitin tullantılardan təmizlənməsi, “Gəlin Kitab oxuyaq”, “Tütünə Yox” və bu kimi bir çox sosial yönümlü aksiyalar həyata keçirilib.

Layihə iştirakçıları üçün “ASAN xidmət” mərkəzlərinə ekskursiyalar təşkil olunub. Həmçinin layihə ərzində 10 000-dən artıq ailəyə könüllük fəaliyyəti ilə bağlı marifləndirici bukletlər (məlumat vərəqləri) paylanılıb.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36