İ-Club

Şəxsi inkişaf

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilati dəstəyi ilə həyata keçirilən “I Club” layihəsinin əsas məqsədi innovativ ideaları olan gənclərə həmin ideaları həyata keçirməyə yardım etmək və bununla da gənclər arasında elmə olan marağını artırmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərəcək “I Club” mərkəzinə ilk növbədə maraqlı ideaları olan gənclər cəlb olunacaq və onların idealarını həyata keçirmək üçün müxtəlif dövlət və qeyri dövlət qrumları ilə əməkdaşlıq qrulacaq. Beləliklə, “I Club” bir növ idea axını və ideaların həyata keçirilməsi qovşağına çevriləcək.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36