FƏRİD SADIXLI

İdarə heyəti

Həmtəsisçi

Fərid İlqar oğlu Sadıxlı 4 iyul 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2001-2012-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu 43 saylı liseydə təhsil almışdır.

2012-ci il avqust ayında Şəki şəhərində keçirilən “Tariximizi tanıyaq – İrsimizi qoruyaq” layihəsində iştirak etmişdir.

2012-ci ildə ADA Universitetinin Beynəlxalq münasibətlər fakultəsinə daxil olmuşdur. Hal-hazırda bakalavr təhsilini davam etdirir.

2013-cü il avqust tarixində Utrext Universitetinin (Niderland Krallığı) “Miqrasiya, inteqrasiya və etnik münasibətlər” mövzusunda yay məktəbində iştirak etmişdir.

2013-cü il sentyabr-noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeçiliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərərək 1-ci dərəcəli sertifikatla təltif olunmuşdur.

2013-cü il noyabr ayında “ASAN Könüllüləri”ni bir araya toplamaq və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərmiş minlərlə gənci vahid bir təşkilatda birləşdirmək məqsədi ilə təşəbbüs göstərən könüllü qrupunun rəhbəri olmuşdur. 2013-cü il dekabrında isə “ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyinin İdarə Heyətinin iclasında üzvlərin səsverməsi ilə könüllülərinin sayı 3000-dən çox olan Birliyin sədri seçilmişdir.

2014-cü il fevral ayında Ankara şəhərində (Türkiyə Respublikası) keçirilən 2-ci Beynəlxalq Ankara Gənclər Forumunda Azərbaycanı təmsil etmişdir.

2015-ci il 31 yanvar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərənacamı ilə ictimai fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülmüşdür.

2015-ci il mart ayında Roma şəhərində (İtaliya Respublikası) keçirilən “Rome MUN - 2015” BMT Simulasiyasında çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında iştirak etmişdir.

Rus, inglis və fransız dillərini bilir.

2013-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36