Əsgərə Məktub

Vətənpərvərlik

Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlığımızı, var gücümüzlə dəstəyə və döyüşə hazır olduğumuzu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün "ASAN Könüllüləri" "Əsgərə Məktub!" layihəsinə start verib.

Bakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərində ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı mənəvi dəstəyini əsgərlərimizə göstərə bilər. Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşlarımız ünvanladığı məktublarla çatdıracaqlar. Xalqımızın birliyini simvolizə edəcək toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaqdır.

ASAN Könüllüləri Təşilatı olaraq inanırıq ki, Könüllülərimizin bu təşəbbüsü hər bir vətəndaş tərəfindən dəstək görəcək və Ölkəmizin qazanacağı böyük qələbəyə kiçik bir tövhə olacaq.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36