SALMAN MƏLİKOV

İdarə heyəti

Üzv

Salman Sehran oğlu Məlikov 27 avqust 1995-ci ildə  Sabirabad şəhərində anadan olmuşdur.

2001-2012-ci illərdə Sabirabad şəhər 1 saylı orta məktəbində təhsil almışdır.

2012-2016 – cı illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər  və İqtisadiyyat  fakültəsində bakalavr təhsili almışdır.

2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura mərkəzində magsitr təhsili alır

2013-cü il  yanvar-mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeçiliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərərmişdir.

2014-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat xidmətində  könüllü fəaliyyətində çalışmışdır.

2014-cü il aprel-avqust aylarında  "ASAN Könüllüləri" Gənclər Təşkilatının Təlim üzrə koordinatoru vəzifəsində çalışmışdır.

2014-ci il avqust-oktyabr aylarında  "ASAN Könüllüləri" Gənclər Təşkilatının Könüllülərlə iş departamentinin rəhbəri vəzaifəsində çalışmışdır.

2014 -2015-ci illərdə  "ASAN Könüllüləri" Gənclər Təşkilatının Tədbirlərin Təşkili departamentinin rəhbəri vəzaifəsində çalışmışdır.

2016-cı il fevral-may aylarında  ASAN Könüllüləri" Gənclər Təşkilatının Maliyyə və Təminat departamentinin rəhbəri vəzaifəsində çalışmışdır.

2016-cı ilin May ayından etibarən "ASAN Könüllüləri" Təşkilatının İdarə Heyətinin üzvüdür.

İngilis dilini bilir.

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36