Həsənxan Həsənxanlı

Könüllülərlə İş Departamenti

Departament Rəhbəri

Həsənxan  Həsənxanlı Sadıq oğlu  23 dekabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur.

2003-cü ildə Bakı şəhəri 83 nömrəli liseyinə daxil olmuş, 2014-cü ildə Balakən rayon Texniki və humanitar təmayüllü liseyi bitirmişdir.

“Karate do” idman növü ilə 5 il məşğul olmuşdur. Məşğul olduğu dövrdə 2 qat Azərbaycan çempionu və Avrasiya çempionu olmuşdur.

2013-cü ildə Balakən rayon Gənclər və İdman idarəsinin nəznində fəaliyyət göstərən Aktiv Gənclər Klubunun idarə heyətinin üzvü olmuşdur.

2014-cü ildə Azərbaycan Respublikası Texniki Universititetinin Nəqliyyatın daşınması və idarə olunmasının təşkili mühəndisliyi fakultəsinə daxil olmuşdur. Hal-hazırda bakalavr təhsilini davam etdirir.

2015-ci ildə Bakı şəhərində keçirilən 1-ci Avropa Oyunlarının Mərasim könüllüsü olmuşdur.

2016-cı ildə Bakı Formula 1 Qran Prisində Team leader kimi çalışmışdır.

2016-ci ilin avqust ayının 10-u Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnavasiyalar üzrə Dövlət Agentliyi nəznində Bakı şəhər 2 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışmış və 1-ci dərəcə ilə fəaliyyətini başa vurmuşdur.

2016-cı ilin noyabr ayının 22-si “ASAN könüllüləri” Təşkilatının 2 saylı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır.

2016-cı ilin dekabr ayının 29-dan etibarən “ASAN könüllüləri” Təşkilatının Könüllülərlə İş Departamentinin Rəhbəri olaraq çalışır.

MC Word, MC Excell, MC Office Picture Manager, MC Power Point, Camtasia Studio proqramlarını bilir.

İngilis dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36