Tərlan Ağcayev

Layihələrin İdarəedilməsi Departamenti

"Əsgərə Məktub" layihəsinin koordinatoru

Tərlan Coşqun oğlu Ağcayev 1 aprel 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2004-cü ildə Bakı şəhəri 90 nömrəli məktəbə daxil olmuş, 2015-ci ildə Bakı şəhəri 72 nömrəli məktəb-liseyi bitirmişdir.

Hal-hazırda Milli Aviasiya Akademiyası, Aerokosmik fakültəsində İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasında təhsil alır.

2016-cı il avqust-sentyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 4 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışmış, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.

2016-cı ildə Bakı şəhərində keçirilən 42-ci Şahmat Oyunlarının Mərasim könüllüsü olmuşdur.

2016-cı ilin noyabr ayından etibarən “ASAN könüllüləri” Təşkilatının 4 saylı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır.

2017-ci il 1 Oktyabrdan "Əsgərə Məktub" layihəsinin koordinatorudur.

İngilis və Rus dillərini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36