"Qarabağa Doğru" ekoloji layihəyə start verildi

Sosial məsuliyyət

13 fevral 2017-ci il tarixində “ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN təşəbbüsü və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “Qarabağa Doğru” ekoloji layihəyə start verilib.

Layihə çərçivəsindən Azərbaycan Respublikasının Qarabağ Əlilləri və Veteranları İB-nin sədri Növrəstə Yusifova, tarixçi Aydın Məmmədov, Xocalı sakini və Qarabağ döyüşlərinin iştirakçısı ilə görüş keçirilib.

Görüş zamanı iştirakçılara Qarabağın flora və faunası haqqında məlumat verilib. Daha sonra tədbir sual-cavab formatında davam etdirilib.

Qeyd edək ki, davamlı olaraq keçiriləcək layihənin əsas məqsədi gənclərin ekoloji fəaliyyətə diqqətinin yönəldilməsi, işğal altında olan Dağlıq Qarabağ torpaqlarının ekoloji problemləri ilə tanışlığı, həlli yollarında təkliflərin və təqdimat bacarıqlarının formalaşmasında dəstək olmaqdır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36