Emiliya Bayramova

Beynəlxalq Əlaqələr və Təşkilatlarla İş Departamenti

Təşkilatlarla İş şöbəsinin müdiri

Bayramova Emiliya Polad qızı, 13.12.1998 tarixində Bakı şəhərində anadan olmuşdur.
 
2004-cü ildə H.Sarabski adına 7 saylı Uşaq Musiqi məktəbinə daxil olmuş və 2011-ci ildə H.Sarabski adına 7 saylı Uşaq Musiqi məktəbinin tam kursunu fortepiano ixtisası üzrə bitirmişdir.
 
2005-ci ildə Bakı şəhəri Azər Məmmədov adına 115 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-cı ildə Bakı şəhəri Azər Məmmədov adına 115 saylı tam orta  məktəbindən məzun olmuşdur.
 
Hal hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisasında təhsil alır.
 
 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində qalib olmuş "Etik Mən" adlı layihəsinin iştirakçısı olmuşdur.
 
2016-cı il dekabr ayından 2017 fevral ayına qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  nəznində Bakı şəhəri 1 saylı "ASAN Xidmət" mərkəzində könüllü çalışmış və 1-ci dərəcə ilə fəaliyyətini başa vurmuşdur.
 
2017-ci il fevral ayından "ASAN könüllüləri" Təşkilatının Beynəlxalq Əlaqələr Departamentində Təşkilatlarla İş şöbəsinin müdiri olaraq fəaliyyət göstərir.
 

Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36