Natiq Qasımov

Layihələrin İdarəedilməsi Departamenti

Əməkdaş

Natiq Mədət oğlu Qasımov 14 iyul 1997-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur.

2003-cü ildə Bakı şəhər 287 saylı “Zəkalar” liseyinin 1-ci sinfinə başlamış, 2014-cü ildə

həmin məktəbdən məzun olmuşdur.

2014-cü ildə ADA Universitetinin Biznes İdarə Edilməsi fakültəsinə daxil olmuşdur. Hal-

hazırda bakalavr təhsilini davam etdirir.

2015-ci ildə Fransanın Strazburq şəhərində Avropa Şurasında və Avropanın İnsan Hüquqları

üzrə Məhkəməsində İnsan Huqüqları barəsində mühazirələrdə iştirak eləmişdir.

2015-ci ildə Bakı şəhərində keçirilən 1-ci Avropa Oyunlarının Transport Komitəsində

könüllü çalışmışdır.

2015-ci ildə avqust və sentyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 2

saylı “ASAN xidmət” mərkəzində könüllü çalışmış və 1-ci dərəcə ilə fəaliyyətini başa

vurmuşdur.

2015-ci il noyabr və dekabr aylarında Bakı şəhərində “Gestures are Louder than Voice”

Social Responsibility Project-nə rəhbərlik eləmişdir.

2016-cı il may ayında Almaniyanın Berlin və Munxen şəhərinə study tripdə iştirak eləmiş,

Azərbaycanın Almaniyadakı səfiri ilə "Man Truck and Bus" şirkətinin Vitse-presidenti ilə

görüşlərdə və diskusiyalarda iştirak eləmişdir.

 

2016-cı ildə İyun ayında Bakı şəhərində Formula 1 Avropa Grand Prix-də Media

Komitəsində “Radio Journalist Area Supervisor” vəzifəsində çalışmışdır.

2016-cı il avqust ayında Amerikanın New York şəhərində yay məktəbinin iştirakçısı

olmuşdur.

2016-cı ildə sentyabr ayında Bakı şəhərində 42-ci Şahmat Olimpiadasında “Organizer and

Delegation Team Member” vəzifəsində çalışmışdır.

2016-cı ildə oktyabr ayında Bakı şəhərində “European Students for Liberty” Regional

Confransında iştirak eləmişdir.

2016-ci ildə dekabr ayında Bakı şəhərində "Sumaks Technology Company"də Tədqiqat

Komitəsində təcrübəyə başlamış və hal-hazırda da davam eləyir.

2017-ci ildə fevral ayından etibarən Bakı şəhərində Almaniyanın “Sparkasse Financegroupe”

adlı maliyyə fondunun trainer vəzifəsində çalışmaga başlamışdır.

2017-ci il 1 apreldən "ASAN Könüllüləri" Təşkilatının Layihələrin İdarəedilməsi Departementinin əməkdaşıdır.

İngilis dilində sərbəst Rus dilində elementar səviyyədə bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36